Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Türkiyə səfirini təbrik edib

Tokio, 13 may, /AJMEDIA/

Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) sədri Mikayıl Oyta Türkiyə Cümhuriyyətinin Avstraliyadakı səfiri Ufuk Gezerə terror qruplaşması olan PKK-nin özünü ləğv etməsi ilə əlaqədar təbrik məktubu göndərib.
Bu barədə AJMEDIA-ya AAA-nın sədri Mikayıl Oyta özü məlumat verib.
Məktubun mətnində deyilir: “Türkiyə Respublikasının Kanberradakı səfirli cənab Ufuk Gezer,
Sizi PKK-nın silahı yerə qoyması və təşkilata son verməsi münasibətilə Türkiyə Respublikasını Avstraliya Azərbaycan Assosiasiyası adından səmimi qəlbdən təbrik edirik. Bu, təkcə Türkiyənin deyil, bütün regionun sülhü, sabitliyi və təhlükəsizliyi üçün son dərəcə dəyərli bir addımdır. Türkiyə hökumətinin və xalqının bu istiqamətdəki qətiyyətli səylərini böyük təqdir və ümidlə qarşılayırıq. Ümid edirik ki, bu uğur ölkə daxilində birliyi daha da gücləndirəcək, sülh və firavanlığa töhfə verəcək.
Hörmətlə,
Mikayıl Oyta, Avstraliya Azərbaycan Assosiasiyasının sədri”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts