Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının bağlanış mərasimi olub

Tokio, 31 iyul , /AJMEDIA/

Azərbaycan idmançıları festivalı 7 medalla başa vurublar
Slovakiyanın Banska Bistritsa şəhərində Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirilib.
AJMEDIA Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadla xəbər verir ki, hava şəraiti ilə əlaqədar mərasim qapalı məkanda keçirilib.
Tədbirdə çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos yarışlarla dolu həftə ərzində idmançıların nümayiş etdirdiyi bir sıra unudulmaz çıxışları xatırladıb: “Banska Bistritsada fantastik həftə oldu. Çünki biz Avropa gənclərini böyük ürəkli kiçik bir şəhərdə yaxşı təşkil olunmuş yarışlarda bir araya gətirə bildik” .
S.Kapralos çıxışında “Gənc səfirlər” proqramının iştirakçılarına və könüllülərə xüsusi təşəkkür edib.
Bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı Nazənin Teymurova (gimnastika) olub.
İdmançılarımız festivalı 7 medalla başa vurublar. Belə ki, cüdoçularımız 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts