Avropa və Amerika bankları Ukrayna hadisələrinə görə 10 milyard dollardan çox vəsait itirə bilər

Tokio, 7 may , /AJMEDIA/

Avropa və Amerika bankları Ukrayna hadisələrinə görə ümumi məbləği 10 milyard dollardan çox itki ilə üzləşmə bilərlər.
AJMEDIA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Belə ki, İtaliyanın ən böyük bankı “Unicredit” bu həftənin əvvəlində Rusiyada mümkün itkilər üçün 1,2 milyard avrodan çox vəsait ayırdığını bildirib və Rusiyada fəaliyyətinin tamamilə dayandırılacağı təqdirdə 5,3 milyard avro itirə biləcəyi barədə xəbərdarlıq edib.
“Rosbank”dakı payını satdığını elan edən Fransa bankı “Societe Generale” sövdələşmədən 3,1 milyard avro itirməyə hazırlaşır.
Amerika bankı “Citigroup” 3 milyard dollarlıq mümkün itkilər barədə xəbərdarlıq edib və indiyədək potensial itkilər üçün 1 milyard dollar ayırıb. “JPMorgan Chase” isə Ukrayna hadisələri səbəbindən 1 milyard dollara qədər itirəcəyini gözləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts