Tokio, 6 oktyabr , /AJMEDIA/
Etnik təmizləməyə məruz qalan, Xocalı və digər dəhşətli soyqırımlarına məruz qalmış Azərbaycana qarşı Avropa Parlamentinin qətnaməsi separatizmə açıq dəstək verməkdir.
AJMEDIA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnaməsi ilə bağlı Bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilir ki, Fransa Cənubi Qafqazda səlibçilik siyasəti yürütməyə çalışır. Siyasi riyakarlıq nümayiş etdirən Fransa və onun kimi ölkələr regionda sabitliyin, sülhün bərqərar olmasını istəmir.

