Tokio, 12 sentyabr , /AJMEDIA/
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Almaniyanın “Bayer” və Norveçin “Molde” komandaları iştirak ərizələrini UEFA-ya təqdim ediblər.
AJMEDIA qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin siyahısında 23 futbolçu yer alıb.
“Molde” klubu isə qrup matçları üçün 22 oyunçunun xidmətindən yararlanacaq.
“Bayer”in iştirak ərizəsi
Qapıçılar: 1. Lukaş Qradetski, 17. Matey Kovarj, 36. Niklas Lomb
Müdafiəçilər: 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta, 6. Odilon Kossunu, 12. Edmond Tapsoba, 13. Artur Soares, 20. Alexandro Qrimaldo, 30. Ceremi Frimponq
Yarımmüdafiəçilər: 7. Yonas Hofmann, 8. Robert Andrix, 10. Florian Virts, 18. Noa Mbamba, 25. Esekiel Palasios, 32. Qustavo Puerta, 34. Qranit Caka
Hücumçular: 14. Patrik Şik, 19. Neytan Tella, 21. Amin Adli, 22. Viktor Bonifase, 23. Adam Qlojek
“Molde”nin iştirak ərizəsi
Qapıçılar: 1. Yakob Karlström, 12. Oliver Petersen
Müdafiəçilər: 2. Martin Byörnbak, 3. Kasper Eyvann, 19. Eyrik Hauqan, 21. Martin Linnes, 25. Anders Hagelskyer, 28. Kristoffer Haugen, 31. Matias Fyörtoft Lyövik
Yarımmüdafiəçilər: 4. Kristian Kappis, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem, 10. Erik Kitolano, 15. Markus Kaasa, 16. Emil Breyvik, 20. Kristian Eriksen, 22. Maqnus Qryödem, 24. Yohan Bakke
Hücumçular: 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 9. Veton Berişa, 14. Erlinq Knudtzon
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək. “Qarabağ” klubu ilk matçını Bakıda “Molde”yə qarşı keçirəcək. Digər görüşdə isə “Bayer” İsveç “Hekken”ini qəbul edəcək.