Site icon AJMEDIA Azərbaycanca

Avropa çempionatı: Sabah boksçularımız çempionluq uğrunda mübarizə aparacaqlar

Tokio, 22 mart , /AJMEDIA/

Sabah Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final qarşılaşmaları keçiriləcək.

AJMEDIA xəbər verir ki, təmsilçilərimiz Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) çempionluq uğrunda mübarizə aparacaqlar. Belə ki, Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə görüşəcəklər.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıblar.

Exit mobile version