Site icon AJMEDIA Azərbaycanca

Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi bu gün üçüncü yer uğrunda oyuna çıxacaq

Tokio, 3 iyul , /AJMEDIA/

Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında basketbol üzrə Azərbaycanın milli komandası bu gün üçüncü yer uğrunda oyuna çıxacaq.
AJMEDIA xəbər verir ki, yığmamız Andorra komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Andorraya 69:72 hesabı ilə uduzub.
Xatırladaq ki, yığmamız yarımfinalda Malta komandasına 52-59 hesabı ilə məğlub olub.

Exit mobile version