Avropa çempionatı: Azərbaycan şahmatçıları ikinci turu da qələbə ilə başa vurublar

Tokio, 14 Noyabr, /AJMEDIA/

Sloveniyada komandalar arasında Avropa çempionatının ikinci turunda kişi şahmatçılarımız Serbiya, qadın təmsilçilərimiz İsveç yığmasına qalib gəliblər.

AJMEDIA xəbər verir ki, kişilərdən ibarət komandamız 3:1 hesablı qələbə qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov Aleksandar İndiç, Nicat Abasov Milos Perunoviçə qalib gəlib, Teymur Rəcəbov İvan İvaniseviç, Qədir Hüseynov Robert Markusla heç-heçə ediblər. Qadın şahmatçılarımız isə rəqib komandanı 4:0 hesabı ilə məğlub ediblər. Belə ki, Günay Məmmədzadə Ria Cramlinq, Xanım Balacayeva Jelena Andric, Ülviyyə Fətəliyeva Marqarita Zaritovskaya, Gülnar Məmmədova isə İnna Aqrest üzərində qələbə qazanıblar.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

Çempionat noyabrın 21-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts