“Avro-2023”: Bu gün Azərbaycan millisi Sloveniya yığmasını qəbul edəcək

Tokio, 3 sentyabr , /AJMEDIA/

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti görüşünü keçirəcək.
AJMEDIA xəbər verir ki, D qrupunda yer alan yığmamız Sloveniyanı qəbul edəcək.
Bakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi “Avro-2023”ün final mərhələsinə yüksələcək.
Beləliklə, yığmamız tarixində 10-cu dəfə qitə çempionatının əsas mərhələsində iştirak hüququ qazana bilər.
Qeyd edək ki, ilk 3 turdan sonra Azərbaycan millisi 9 xalla qrupda liderdir. Sloveniya 8 xalla ikinci, Avstriya 1 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk iki yerin sahibi “Avro-2023”ə vəsiqə qazanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts