Astarada sel sularının yaratdığı fəsadlar aradan qaldırılır

Tokio, 19 sentyabr , /AJMEDIA/

Astara rayonunda sel sularının yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Astara Rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Mahmudov verdiyi açıqlamada bildirib ki, Vaqo körpüsünün uçmağı ilə on beş min əhalinin rayonla əlaqəsi kəsilmişdi. Vətəndaşların rahat hərəkətini təmin etmək üçün “Azəravtoyol” ASC tərəfindən ərazidə müvəqqəti piyada körpüsü inşa olunub. “Dağılmış körpünün yerində uzunluğu 25 metr, eni isə 10 metr olacaq yeni körpünün inşası nəzərdə tutulur. Bununla bağlı Nazilər Kabinetinə və aidiyyəti qurumlara məlumat verilib. Səhər güclü yağan yağış nəticəsində Astara kiçik su elektrik stansiyasının su anbarı üçün partlama təhlükəsi yaranıb. Su bəndin üst hissəsində təqribən 2 metr hündürlükdə daşmaqda idi. Hazırda yağış yağmadığı üçün suyun səviyyəsi aşağı düşüb”, – deyə Allahverən Mahmudov bildirib.

Ucqar dağ kəndlərində isə torpaq sürüşmələri baş verib və nəticə bir neçə kəndi birləşdirən yol bağlanıb. Əraziyə texnikalar cəlb edilərək yol birtərəfli açılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts