Site icon AJMEDIA Azərbaycanca

Asiya İnkişaf Bankı Gürcüstana 101 milyon avro kredit verəcək

Tokio, 14 Noyabr, /AJMEDIA/

Asiya İnkişaf Bankı (AİB) Gürcüstana 101 milyon avro məbləğində kredit verəcək.

AJMEDIA xəbər verir ki, bu məbləğ Gürcüstanda regionların sosial-iqtisadi inkişafına və gəlirlərin artırılmasına kömək məqsədilə verilir.

AİB-in bununla bağlı məlumatında deyilir ki, Bank tərəfindən Gürcüstana ayrılan məbləğ yeni infrastrukturun qurulması və mövcud infrastrukturun bərpası, eləcə də şəhər mərkəzlərində xidmətlərin yaxşılaşdırılması, iqtisadiyyatın və həyat keyfiyyətinin artırılmasını nəzərdə tutur.

Exit mobile version