Arxeoloqlar II Ramzesin heykəlini aşkar ediblər

Tokio, 25 mart , /AJMEDIA/

Arxeoloqlar Heliopolisdəki Günəş məbədində Misirin ən güclü fironu II Ramzesin heykəlini aşkar ediblər.

AJMEDIA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, Qahirə yaxınlığındakı məbəddə bir neçə sınıq heykəl tapılıb. Onların arasında 3000 il bundan əvvəl Misirin ən güclü və məşhur hökmdarı olan firon II Ramzesin heykəli də var.

Qeyd olunub ki, heykəllər əsası II Ramzes tərəfindən qoyulmuş Heliopolisdəki Günəş Matariyya məbədində qazıntılar zamanı tapılıb. Arxeoloji sahə müasir Qahirənin şimal-şərq hissəsində yerləşir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts