Arxeoloqlar Göytəpə qədim yaşayış yerinə baxış keçiriblər

Tokio, 3 sentyabr , /AJMEDIA/

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, institutun əməkdaşları professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Tovuz rayonu ərazisində yerləşən Neolit dövrünə aid Göytəpə qədim yaşayış yerinə baxış keçiriblər.
Bu barədə AJMEDIA institutdan məlumat verilib. Bildirilib ki, abidə 2008-ci ildən əsaslı tədqiqatlarla öyrənilir. 2009-cu ildən dosent Fərhad Quliyevin və Yaponiyanın Tokio Universitetinin professoru, Orta Şərqin Neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyakinin rəhbərliyi altında Göytəpə qədim yaşayış yerində müştərək araşdırmalar aparılıb. Abidənin öz möhtəşəmliyi ilə cəlbedici olmasına baxmayaraq, təbii hadisələr bəzi yerlərdə dağıntılar yaradıb. Buna görə də abidənin qorunması yolları əsas müzakirə obyekti olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts