Tokio, 9 sentyabr, /AJMEDIA/
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası təqdim olunacaq.
AJMEDIA xəbər verir ki, 18 sentyabr – Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsi dəstəyi ilə hazırlanır.