“Arı” və “Mirat” jurnalları yeni əlifbada” toplusu nəşr olunub

Tokio, 22 Noyabr, /AJMEDIA/

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Arı” (1910-1911) və “Mirat” (1910) satirik jurnallarının komplektləri ərəb əlifbasından transfoneliterasiya edilərək toplu halında işıq üzü görüb.

“Arı” və “Mirat” jurnalları yeni əlifbada” adlı toplunun elmi redaktoru akademik İsa Həbibbəyli, transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri və çapa hazırlayanları professor Vüqar Əhməd,  elmi işçi Dilbər Rzayeva, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov və Gülbəniz Babayevadır.

Sözügedən jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Nəşrlərin komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, bakalavr, magistrant, doktorant və dissertant təhsili alan filoloqlar faydalana bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts