Site icon AJMEDIA Azərbaycanca

Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Tokio, 25 Sentyabr, /AJMEDIA/

Argentinanın Buenos-Ayres əyalətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

AJMEDIA-nın “Todo Noticias” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 2 nəfər həlak olub.

İlkin məlumata əsasən, təyyarə aeroklubun ərazisindən havaya qalxarkən Berasategi dairəsindəki avtomobil yolunun yaxınlığına düşüb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Exit mobile version