Tokio, 05 mart, /AJMEDIA/
“Araz-Naxçıvan” komandasının qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Bölgə təmsilçisindən AJMEDIA-ya bildiriblər ki, o, baş məşqçinin şans verəcəyi təqdirdə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə keçiriləcək oyunda forma geyinəcək.
Qarşılaşma martın 22-də Kişineudakı Zimbru stadionunda təşkil olunacaq.
Qeyd edək ki, təcrübəli qolkiper 2023-cü ildən Naxçıvan klubunda çıxış edir.