“Apple” şirkəti yeni “İphone 14” modelini təqdim edib

Tokio, 8 sentyabr , /AJMEDIA/

“Apple” şirkəti özünün istehsal etdiyi yeni “İphone 14” modelini təqdim edib. Yeni model qəza zamanı zərbə funksiyasını və peyk vasitəsilə təcili kömək imkanını əhatə edir. Şirkət daha iki modeli – “AirPods Pro” və “Apple Watch” modellərini də təqdim edib.
AJMEDIA xəbər verir ki, şirkətin baş direktoru Tim Kuk çoxdan gözlənilən “iPhone 14” və “iPhone 14 Plus” qurğularını Kaliforniya ştatının Kupertino şəhərindəki “Apple Park” kampusunda Stiv Cobsun Teatrında təqdim edib.
“İphone 14” modelini peykə tərəf yönəltməklə mobil rabitə imkanı olmadığı halda təcili mətn məlumatını göndərmək mümkün olacaq. “İphone 14”ün ekranının ölçüsü 6,1 düymə, “iPhone 14 Plus”un ekranının ölçüsü isə 6,7 düymə bərabərdir. Yeni “İphone 14” modeli beş rəngdə buraxılacaq. Şirkət təsdiq edib ki, bu modelin mini versiyası olmayacaq.
“İphone 14” modelinin qiyməti 999 dollar olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts