“Apple” kompaniyasının rəhbəri bu il 40 faiz az mükafat alacaq

Tokio, 13 yanvar , /AJMEDIA/

“Apple” kompaniyasının baş direktoru Tim Kuk 2023-cü ildə 49 milyon dollar mükafat alacaq ki, bu da 2022-ci illə müqayisədə 40 faiz azdır.
AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının elektron məlumat bazasına kompaniya tərəfindən yerləşdirilən məlumatında deyilir.
“Apple” kompaniyasının profil komitəsi sənədi hazırlayarkən səhmdarların rəylərini, kompaniyanın fəaliyyətini və Tim Kukun rəylərə əsasən mükafatının tənzimlənməsi ilə bağlı tövsiyəsini nəzərə alıb. Baş direktor öz mükafatının məbləğinin azaldılması ilə bağlı qərarı təsdiqləyib.
“Apple” rəhbəri ötən il əməkhaqqı qismində 83 milyon dollarlıq aksiya, 12 milyon dollar bonus və 3 milyon dollar maaş alıb.
Qeyd edək ki, 1976-cı ildə əsası qoyulan “Apple” iPhone, iPad, iMac, MacBook və digər yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olur. Kompaniyanın mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatındakı Kupertino şəhərində yerləşir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts