Anomal istilər İtaliyada ölüm hallarının 21 faiz artmasına səbəb olub

Tokio, 10 avqust , /AJMEDIA/

İtaliyada müşahidə edilən anomal istilər ölüm hallarının 21 faiz artmasına səbəb olub.
AJMEDIA xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, 16 may -15 iyul tarixlərində anomal istilər səbəbindən ölkənin ümumilikdə 33 şəhərində 733 nəfər ölüb. İyun ayında isə 9 faiz çox ölüm faktı qeydə alınıb.
Bildirilib ki, cari ilin may ayından başlayaraq, ölkədə havanın temperaturu mövsüm normasından +3,2 dərəcə selsi yüksək olub. Xüsusilə də İtaliyanın mərkəzində yerləşən şəhərlərdə daha yüksək temperatur göstəricisi qeydə alınıb. İyunda temperatur mövsümi orta göstəricidən +3 dərəcə selsi yüksək olub. İyunun sonu və iyulun ilk həftəsində isə ölkədə havanın temperaturu müsbət 37-40 dərəcə selsi arasında dəyişib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts