Tokio, 16 may, /AJMEDIA/
Rusiya bu gün İstanbulda Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamaq istəyir. Lakin onun bu cəhdləri nəticə verməyəcək.
AJMEDIA xəbər verir ki, bunu Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak “Telegram” kanalında bildirib.
O, bu bəyanatı Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında İstanbulda danışıqlar başladıqdan dərhal sonra verib.
“Ruslar 2022-ci illə assosiasiyalar qurmaq istəyirlər. Lakin bu danışıqları o dövrlə bağlayan yeganə amil İstanbul şəhəridir. Vəssalam. Rusların bu günü 2022-ci ilə bağlamaq cəhdləri nəticə verməyəcək”, – deyə A.Yermak vurğulayıb.