Anar Kərimov: Məqsədimiz budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın

Tokio, 15 Noyabr, /AJMEDIA/

lk növbədə, azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutmalı və nə qədər əşya, eksponatların muzeylərdən götürüldüyünü müəyyən etməliyik.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

İşğal illərində talanmış muzey eksponatlarının çoxunun taleyinin məlum olmadığını söyləyən nazir deyib: “Amma bəziləri haqqında məlumatımız var. Biz bu məlumatları toplayıb bundan sonra beynəlxalq konvensiyalar çərçivəsində iddialarımızı qaldıracağıq. Məqsədimiz də budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın. Bilirsiniz ki, Ermənistan həyasızcasına Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmişdi. Bunu fəxrlə də göstərirdilər. Bu cinayət və beynəlxalq hüquqa hörmətsizlikdir. Biz bu barədə UNESCO-ya da dərhal məlumat verdik. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək. Biz erməniləri rahat qoymayacağıq. Onlar başa düşəcəklər ki, bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts