Site icon AJMEDIA Azərbaycanca

ANAMA: Ötən həftə 188 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tokio, 6 sentyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AJMEDIA-ya bildiriblər ki, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina və 235 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 188 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Exit mobile version