ANAMA-nın daha bir əməkdaşı Cəbrayılda minaya düşüb

Tokio, 19 iyun , /AJMEDIA/

İyunun 19-u saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə AJMEDIA-ya Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts