ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb

Tokio, 17 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının minaya düşərək xəsarət alması ilə bağlı məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən AJMEDIA-ya daxil olan məlumatda iyunun 17-də Agentliyin əməkdaşının işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışının baş verdiyi bildirilib.
“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts