AMEA prezidenti İsa Həbibbəyli: Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir

Tokio, 08 aprel, /AJMEDIA/

Elm və təhsilin inkişafı təkcə elmi institutlar və akademik qurumların üzərinə düşən vəzifə deyil. Elmi tərəqqi bütün cəmiyyətin hər bir üzvünün fəal iştirakı ilə mümkün ola bilər. Bu baxımdan elmə yanaşma geniş və inklüziv olmalı, onun təbliği cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.

AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elm Festivalında çıxışı zamanı deyib

Akademik bildirib ki, elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından akademik dairələrin rolu böyükdür: “Elm siyasəti yalnız alimlər üçün deyil, bütün cəmiyyət üçün anlaşıqlı və faydalı olmalıdır. Elm siyasəti hər kəs üçün əlçatan olmalı, onun tətbiqi məqsədyönlü şəkildə təşkil edilməlidir. Bu proses elmin cəmiyyətdə nüfuzunun artmasına, bilik əsaslı qərarların üstünlük təşkil etməsinə şərait yarada bilər”.

“Süni intellekt bu gün artıq cəmiyyətin bütün sahələrinə nüfuz edib. Rəqəmsal inkişaf təkcə yeni imkanlar və üstünlüklər yaratmır, eyni zamanda, müəyyən sosial və etik problemləri, riskləri gündəmə gətirir. Bu çağırışlara cavab vermək üçün elmin cəmiyyətdəki rolu daha da artır”, – deyə AMEA prezidenti İsa Həbibbəyli bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts