AMEA Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi ilə əməkdaşlıq edəcək

Tokio, 22 iyun , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Özbəkistana səfəri çərçivəsində bu ölkənin İnnovativ İnkişaf Nazirliyində olub.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik Arif Həşimov Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbroxim Abduraxmonovla görüşüb, bir sıra müzakirələr aparılıb.
Müzakirələrdən sonra AMEA ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.
Memorandumda iki dövlətin iqtisadi və sosial inkişafı üçün qarşılıqlı maraq doğuran və əhəmiyyət kəsb edən elmi məsələlər üzrə birgə tədqiqatların və innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts