Site icon AJMEDIA Azərbaycanca

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq simpoziumun elmi komitəsinin üzvü seçilib

Tokio, 10 oktyabr , /AJMEDIA/

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Verilənlər elmi və statistika” mövzusunda beynəlxalq simpoziumun (International Symposium on Data Science And Statistics) elmi komitəsinin üzvü seçilib.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, simpozium noyabrın 2-də Türkiyənin Ege Universitetinin Elm fakültəsinin Statistika departamenti tərəfindən təşkil olunacaq. Onlayn tədbirdə “Qeyri-müəyyənlik şəraitində ən yaxşı qeyri-səlis məntiqə əsaslanan proqnozlaşdırma modelinin seçilməsi”, “Statistika üsullarından istifadə etməklə istehsalda maşın təlimi modellərinin monitorinqi”, “Verilənlər elmi təhsili və etik problemlər” mövzularında məruzələr dinləniləcək.

Exit mobile version