Site icon AJMEDIA Azərbaycanca

AMEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Tokio, 20 yanvar , /AJMEDIA/

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimlər Şəhidlər xiyabanını ziyarət ediblər.
AMEA-dan AJMEDIA-ya bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Exit mobile version