Site icon AJMEDIA Azərbaycanca

AMEA İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Tokio, 10 oktyabr , /AJMEDIA/

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun (ECOSF) ikinci prezidenti professor Seyed Komail Tayebi ilə görüşüb.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli AMEA ilə dünyanın bir sıra nüfuzlu elmi təşkilatları arasında sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını və uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu ilə də əməkdaşlığın davam etdirildiyini vurğulayan AMEA rəhbəri bu beynəlxalq elmi qurumla əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

ECOSF-in ikinci prezidenti professor Seyed Komail Tayebi təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək Azərbaycanla sıx elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Fondun prezidenti elm, texnologiya və innovasiyanın təşviqi ilə bağlı nəzərdə tutulan məqsədlərə çatmaq üçün ECOSF tərəfindən keçiriləcək tədbirlərdə Azərbaycan alimlərinin də yaxından iştirak etdiklərini məmnunluqla bildirib.

Görüşdə AMEA ilə ECOSF arasında aktual elmi müzakirələrin davamlı olaraq keçirilməsi barədə razılıq əldə olunub.

Exit mobile version