Site icon AJMEDIA Azərbaycanca

AMEA daha bir nüfuzlu beynəlxalq elmi quruma üzv olub

Tokio, 23 iyul , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) daha bir nüfuzlu beynəlxalq elmi quruma – Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib.

AMEA-dan AJMEDIA-ya bildirilib ki, bu münasibətlə təşkilatın rəhbərliyi adından AMEA-ya təbrik məktubu göndərilib.

Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaq. Bu müddət ərzində AMEA səsvermə istisna olmaqla, IAP-nin bütün fəaliyyətinə qoşula bilər. IAP-nin saytında akademiyanın öz profil səhifəsi olacaq.

Xatırladaq ki, AMEA 2023-2024-cü illərdə Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumların da üzvü seçilib.

Exit mobile version