Almaniyanın qaçqınları qəbul etmək imkanları tükənir

Tokio, 1 noyabr , /AJMEDIA/

Almaniyada suriyalı qaçqınların əvəzinə ukraynalı qaçqınlar gəlir. Ukraynada müharibə başlayandan bəri Almaniyaya gələn qaçqınların sayı fasiləsiz artmaqdadır, lakin məşhur “Moskva göz yaşlarına inanmır” filmində Lyudoçkanın Rusiya paytaxtı haqqında dediyi kimi, Almaniya da “rezindən düzəlməyib”.
AJMEDIA xəbər verir ki, bəzi alman əyalətləri yeni qaçqınlar qəbul etmək imkanlarının tükənməkdə olmasını ehtiyatla federal hökumətin nəzərinə çatdırmağa başlayıblar. Qaçqınları qəbul edən bələdiyyələrdə gərgin vəziyyət yaranıb, çünki regionların çoxu həddən artıq yükləndiyi üçün qaçqınların qəbulu proqramlarını bağlayırlar. Dövlət səviyyəsində ayrılmış boş mənzillərin çoxu artıq istifadə edilib.
Bəzi əyalətlərdə bir neçə şəhər qaçqın qəbulunu dayandırıb. Təkcə Bavariyaya bu ilin sonuna qədər təqribən 8-10 min qaçqın gəlməsi gözlənilir. Erfurt, Yena, Veymar əyalətləri də qaçqın qəbulunu dayandırıb. Bundan əlavə, Ayhsfeld, Zale-Holsland, Şmalkalden-Mayningen, Zaale-Orla, habelə Zonneberq şəhərləri də hədsiz yükləndiyi üçün daha miqrant qəbul edə bilmirlər. Lakin başqa regionlar və şəhərlər hələ də qaçqınlar üçün açıqdır. Məsələn, indiyə qədər 30 min qaçqın gəlmiş Türingiya federal əyalətinə bu ilin sonuna qədər daha 10.000-ə yaxın qaçqın gələcək.
Qaçqınlar əsasən Ukraynadan gəlir, lakin başqa ölkələrdən olan miqrantlar da yaşayış yeri tapmaq ümidi ilə Almaniyaya gəlirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts