Site icon AJMEDIA Azərbaycanca

Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirəcək

Tokio, 29 may, /AJMEDIA/

Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir.

AJMEDIA xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadla “Die Welt” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, mayın 28-də Prezident Volodimir Zelenskinin Berlinə səfəri zamanı məlum olan Almaniyadan Ukraynaya yeni yardım paketinin bir hissəsi Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsidir.

Mayın əvvəlində Ukrayna Almaniya Müdafiə Nazirliyinə BARS və AN-196, həmçinin “Flamingo” tipli dronları maliyyələşdirmək xahişi ilə müraciət etmişdi. Bunun Almaniya tərəfindən təsdiqləndiyi iddia edilir. Layihənin ümumi dəyəri təxminən 400 milyon avro qiymətləndirilir.

Exit mobile version