Site icon AJMEDIA Azərbaycanca

Almaniya futbolunun əfsanəsi vəfat edib

Tokio, 9 yanvar , /AJMEDIA/

Almaniya futbolunun əfsanəsi Frants Bekkenbauer 78 yaşında vəfat edib.

AJMEDIA bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd edilir ki, Bekkenbauer Almaniya millisinin üzvü kimi 1974-cü ildə dünya, 1972-ci ildə isə Avropa çempionu olub. Klub səviyyəsində o, 1964-1977-ci illərdə “Bayern Munich”də 400-dən çox oyun keçirib.

Bekkenbauer Almaniya millisinin tərkibində 1990-cı ildə dünya çempionu olub. O, iki dəfə “Qızıl top”un qalibidir.

Exit mobile version