Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin direktoru Ermənistan tərəfindən atəşə məruz qalmış yaşayış məntəqələrimiz barədə məlumatlandırılıb

Tokio, 16 Oktyabr, /AJMEDIA/

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə direktoru Karin Hörhanla görüşüb.

Ombudsman Aparatından AJMEDIA-ya bildiriblər ki, S.Əliyeva qonağa mandatı və təsisatın fəaliyyətini tənzimləyən Konstitusiya Qanunu haqqında məlumat verib. Görüşdə müvəkkilin ətraf rayonlar üzrə fəaliyyət göstərən dörd regional mərkəzinin fəaliyyəti barədə də danışılıb.

Bununla yanaşı, ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qalmış mülki yaşayış məntəqələrimizdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə məlumat verərək, əldə edilmiş nəticələr əsasında hazırlanmış və beynəlxalq insan hüquqları qurumlarına göndərilmiş hesabatlardan bəhs edib.

Görüşdə iki qurum arasında əlilliyi olan şəxslərin, uşaqların və miqrantların hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həmçinin sözügedən sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda qonaq Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts