Almaniya 10 milyard avroya 35 ədəd F-35 qırıcı təyyarəsi alacaq

Tokio, 5 dekabr , /AJMEDIA/

Almaniya ABŞ istehsalı olan 35 ədəd beşinci nəsil F-35 qırıcılarının alınması üçün 10 milyard avro (10,5 milyard dollar) ayıracaq.
AJMEDIA xəbər verir ki, bu barədə Bloomberg agentliyi AFR hökumətinin müvafiq sənədinə istinadla məlumat yayıb. Sənədə əsasən, təyyarələrin tədarükü 2026-2029-cu illər üçün nəzərdə tutulur. Sövdələşmə Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün 100 milyard avronun ayrıldığı xüsusi fond hesabına həyata keçiriləcək. Berlin, eyni zamanda, “hava-yer” raketləri alacaq və yerüstü hərbi infrastrukturu təkmilləşdirəcək.
Kansler Olaf Şolts noyabrın 30-da Berlin Təhlükəsizlik Konfransında çıxışı zamanı vurğulayıb ki, Almaniyanın atom bombası yoxdur, lakin F-35 qırıcıları Amerikaya məxsus nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu funksiyanı “Tornado” kəşfiyyat təyyarələri yerinə yetirirdi. Onların da istismar müddətinin 2025-ci ildə başa çatacağı gözlənilir. Hələ 2019-cu ildə Berlinin bu təyyarələri F-35 qırıcıları ilə əvəzləmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts