Site icon AJMEDIA Azərbaycanca

Albaniya ICESCO-da müşahidəçi statusu ilə təmsil olunacaq

Tokio, 6 mart , /AJMEDIA/

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Maltada keçirilən II Mədəniyyət Sülh Naminə Forumu çərçivəsində Albaniya Prezidenti İlir Meta ilə keçirdiyi görüşdə bu ölkəyə rəhbərlik etdiyi təşkilatda müşahidəçi statusu təklif edib.

Təşkilatın baş ofisindən AJMEDIA-ya bildiriblər ki, ICESCO-nun Baş direktoru və Albaniya Prezidenti elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. İlir Meta öz ölkəsinin ICESCO-da müşahidəçi statusunda iştirakını təmin etməklə bağlı köməkçisinə müvafiq tapşırıq verib.

Salim Əl-Malik, öz növbəsində, təşkilatın İslam dünyasında tərəqqiyə nail olmaq istiqamətində həyata keçirdiyi proqram və layihələrdən ətraflı bəhs edib.

Qeyd edək ki, hazırda 54 ölkə ICESCO-nun üzvüdür, 3 ölkə isə təşkilatda müşahidəçi statusu ilə təmsil olunur.

Exit mobile version