Aktauda Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunan konsert keçirilib

Tokio, 31 dekabr, /AJMEDIA/

Qazaxıstanın Aktau şəhəri M.Oskinabayev adına Filarmoniyada Azərbaycan şairi, mütəfəkkiri, türk poeziyasının klassiki Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunan konsert keçirilib.

AJMEDIA xəbər verir ki, Aktauda Azərbaycanın Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən təntənəli tədbirdə Manqistau vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Akim iki qardaş xalq arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətli olduğunu söyləyib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elmar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması, şairin həyat və yaradıcılığı barədə məlumat verib. Diplomat Nizami Gəncəvinin dünya ədəbiyyatının və mədəniyyətinin nadir şəxsiyyətlərindən olduğunu vurğulayıb. E.Məmmədov Nizami irsinin iki ölkə arasında mədəniyyət sahəsində körpü rolunu oynadığını deyib.

Manqistau Vilayət Filarmoniyasının musiqiçiləri Nizami Gəncəvinin “Sevgili canan” və “Yeddi gözəl” əsərlərini də ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts