Tokio, 05 aprel, /AJMEDIA/
Bu gün “Aktau-Türk dünyasının mədəniyyət paytaxtı” mərasiminin təntənəli açılışı keçiriləcək. Tədbir çərçivəsində türk ölkələrinin nümayəndə heyətləri çıxış edəcək, həmçinin regionun aparıcı yaradıcı kollektivlərin iştirakı ilə bayram konserti təşkil olunacaq.
AJMEDIA xəbər verir ki, TÜRKSOY-un Baş katibi Sultan Rayev Aktau şəhərinin təkcə Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyası üçün qürur mənbəyi olduğunu vurğulayıb.
“Aktau haqlı olaraq mədəniyyət paytaxtı fəxri adına layiq görülüb”, – deyə o qeyd edib.
Açılış mərasimindən dərhal sonra il ərzində Aktau şəhərində genişmiqyaslı beynəlxalq tədbirlərin, konsertlərin, festivalların, sərgilərin və forumların keçirilməsini nəzərdə tutan zəngin proqramın icrasına başlanacaq.
2012-ci ildən bəri TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” proqramı türk ölkələrinin şəhərləri arasında mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayaraq, ümumi dəyərlərin qorunması və populyarlaşmasına şərait yaradır. Bu illər ərzində bu fəxri ada 12 şəhər layiq görülüb.
Xatırladaq ki, Aktau 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.