Akkreditasiya prosesində iştirak edəcək magistrant və doktorantların seçiminə başlanılıb

Tokio, 17 fevral , /AJMEDIA/

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiya prosesində iştirak etmək istəyən magistrant və doktorantların seçiminə start verilib.
Bu barədə AJMEDIA-ya agentlikdən məlumat verilib. Bildirilib ki, akkreditasiya prosesində iştirak etmək istəyən namizədlərə aşağıdakı minimal tələblər qoyulub:
– Abituriyent imtahanı zamanı topladığı balın 500-dən yuxarı olması;
– Magistraturaya qəbul imtahanı zamanı topladığı balın 60-dan yuxarı olması;
– Bakalavr təhsil səviyyəsini bitirdiyi zaman ÜOMG ortalamasının 85-dən yuxarı olması;
– Təhsil aldığı müddətdə mobillik proqramlarında iştirak etməsi (üstünlükdür);
– Bakalavr və (və ya) magistraturada ikili diplom proqramında təhsil alması (üstünlükdür);
– Təhsil aldığı müddətdə ali təhsil müəssisəsinin tələbə təşkilatlarında aktiv iştirak etməsi (TGT, THİK, TEC və s.) (üstünlükdür).
Müraciət etmək istəyənlər linkə keçid edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts