Site icon AJMEDIA Azərbaycanca

Akademik Arif Həşimov REA-nın xarici üzvü seçilib

Tokio, 17 iyun, /AJMEDIA/

Cari il mayın 28-30-da Rusiya Elmlər Akademiyasının (REA) Ümumi yığıncağı keçirilib.

Elmi-təşkilatı məsələlərlə yanaşı, Ümumi yığıncaqda REA-nın həqiqi, müxbir və xarici üzvləri seçilib. Seçkilər zamanı Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, ETN Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov REA-nın xarici üzvü seçilib.

Seçkilərin nəticələri mayın 30-da elan olunub. Bildirilib ki, REA-nın xarici üzvü seçilən 39 alim dünyanın 20 ölkəsini təmsil edir. Azərbaycanla yanaşı, bu ölkələr arasında Özbəkistan, Qazaxıstan, Belarus, Çin, ABŞ, Finlandiya, İran, İtaliya, İspaniya, İsrail, Braziliya, Macarıstan, Vyetnam və digərləri təmsil olunur.

Akademik Arif Həşimov REA-nın Energetika, maşınqayırma, mexanika və idarəetmə prosesləri bölməsi, energetika ixtisası üzrə xarici üzv seçilib.

Qeyd edək ki, seçkilər zamanı ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə də REA-nın xarici üzvü seçilib.

Exit mobile version