Aİ və Azərbaycan arasında yeni saziş alternativ enerji sahəsində əməkdaşlığı möhkəmləndirəcək – Avrokomissiya

Tokio, 30 mart , /AJMEDIA/

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni hərtərəfli tərəfdaşlıq sazişi energetika sahəsində, xüsusən bərpa olunan enerji sferasında daha sıx əməkdaşlığın təməlini qoyacaq.

Bunu AJMEDIA-ya Avropa Komissiyasının rəsmi nümayəndəsi Miriam Qarsiya deyib.

“Bu saziş Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyalaşdırılması üzrə səylərinin dəstəklənməsində əsas rol oynayacaq”, – o bildirib.

M.Qarsiya Aİ-nin Azərbaycandan idxalının hazırda əsasən mineral yanacağı, xüsusən neft-qaz kimi energetika məhsullarından ibarət olduğunu və Azərbaycandan Aİ-yə ixracın 98 faizinin bu məhsulların payına düşdüyünü qeyd edib.

Qeyd edək ki, Aİ-Azərbaycan münasibətləri 1999-cu ildən etibarən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanıb. Aİ və Azərbaycan arasında geniş sahələr spektrində genişləndirilmiş və qarşılıqlı səmərəli əməkdaşlığı təmin etmək məqsədi daşıyan yenilənmiş Çərçivə Sazişi üzrə danışıqlar qabaqcıl mərhələdədir.

Yeni sənəd qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməlidir. Yeni saziş üzrə danışıqlar 7 fevral 2017-ci il tarixindən başlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts