Ağsaqqallar Şurasının nümayəndə heyəti Türkmənistanda səfərdə olub

Tokio, 15 may , /AJMEDIA/

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti – Şuranın sədr müavinləri, Milli Məclisin deputatı, professor Eldar İbrahimov və professor Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli Türkmənistanda işgüzar səfərdə olublar.
Şuradan AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində Türkmənistanın sabiq Prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Eldar Quliyevi qəbul edib. Görüşdə Eldar Quliyev göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığını bildirərək dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan xalqının səmimi salamlarını Qurbanqulu Berdiməhəmmədova və qardaş türkmən xalqına çatdırıb. Söhbət zamanı xalqlarımız arasındakı mövcud tarixi-mənəvi əlaqələrə, qardaşlıq münasibətlərinə toxunan Eldar Quliyev Türkmənistan ağsaqqalı olaraq Qurbanqulu Berdiməhəmmədovun da təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının xətti ilə ölkələrimizin türk dünyasının birliyi və həmrəyliyi istiqamətində gələcəkdə də mühüm addımlar atacağına əminliyini vurğulayıb. O, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək qardaş Türkmənistanın hər zaman Azərbaycanın yanında olduğuna görə öz təşəkkürünü bildirib.
Türkmənistanın sabiq Prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xalqımıza dərin hörmət və ehtiramını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərə görə bir daha Azərbaycan xalqını təbrik edib. Türk dövlətləri, həmçinin Azərbaycan və Türkmənistan arasında inkişaf etməkdə olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirən natiq gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İşgüzar və səmimi şəraitdə keçən görüşdə digər rəsmi şəxslərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov da iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts