Ağırlıqqaldıranımız Nazilə İsmayılova Ankarada beynəlxalq turnirdə bürünc medal qazanıb

Tokio, 15 noyabr , /AJMEDIA/

Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
AJMEDIA Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda 16 ölkədən 72 atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Millimizin heyətində körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. Turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız toplam 127 kiloqram (55+72) nəticə ilə bürünc medala sahib olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts