“Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında 18 müəssisə qeydiyyata alınıb

Tokio, 17 mart , /AJMEDIA/

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.
AJMEDIA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı bildirib.
“Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 milyon manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır”, – deyə Baş nazir diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts