Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi “Dostluq Meşəsi”ndə 63 mindən çox ağac əkib

Tokio, 22 mart , /AJMEDIA/

Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılan sahəsində, o cümlədən ətrafdakı terraslarda bugünədək 73 hektarda 63 mindən artıq müxtəlif növ ağac tingi əkilib.
Bunu AJMEDIA-ya mərkəzin direktoru Cahid Məmmədov bildirib.
O qeyd edib ki, mərkəzin əməkdaşları tərəfindən yaz ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində də müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.
C.Məmmədov suqoruyucu, torpaqqoruyucu, iqlim tənzimləyici və digər xüsusiyyətlərə malik ən qiymətli təbii sərvətlərimiz olan meşələri qorumağa çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts