ADU-da Çin mədəniyyətinə dair yay lektoriyası fəaliyyətə başlayıb

Tokio, 6 iyun , /AJMEDIA/

“Çin: cəmiyyət və mədəniyyət” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Ənənəvi Çin bayramı Duan-u” mövzusunda mühazirə oxuyub.
Bu barədə AJMEDIA-ya ADU-dan bildirilib. Qeyd edilib ki, bu bayramın yaranması Çin tarixinin ilk məşhur lirik şairi, Çin müəllif poeziyasının banisi və Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsi ilə bağlıdır.
R.Abbasov bayramın tarixindən, maraqlı adət-ənənələrindən, həmçinin iştirakçıların əjdaha təsvirli qayıqlarda avarçəkmə üzrə festivalda yarışdığı bu gün barədə geniş məlumat verib. Konfutsi İnstitutunun direktoru Çində “Duan-u” bayramının “Şair Günü“ kimi qəbul edildiyini xatırladıb, yüksək insani hiss-həyəcanlar, dərin düşüncələr, fəlsəfi ümumiləşdirmələr, ulduzların, fəsillərin, suyun, çiçəklərin bədii rəmzləri ilə dolu Çin poeziyasından danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Çin səddi” şeirini Çin dilində söyləyib. R.Abbasov Çin klassik poeziyasının əsas ənənəvi üslublarından və məşhur Azərbaycan şairləri – Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin, Hüseyn Arifin Çinə həsr etdikləri əsərlərindən də söz açıb.
Sonda Tan sülaləsi dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin Li Bo və Du Funun həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts