ADNSU-da “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda forum keçirilir

Tokio, 12 sentyabr, /AJMEDIA/

Sentyabrın 12-də Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Sumqayıt Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda forum işinə başlayıb.

AJMEDIA xəbər verir ki, forumda universitet rəhbərləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin insanların həyatını necə formalaşdırdığını və onun mənfi təsirlərini aradan qaldırmaq yollarını müzakirə ediblər. Həmçinin universitetlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün əsas tərəfdaşları bir araya gətirmək qabiliyyəti, tələbələrin sənayenin və iş yerlərinin yaşıllaşdırılmasına necə dəstək ola biləcəyi, ali təhsil müəssisələrinin iqlim dəyişikliyi ilə mübarizədə az təmsil olunan qrupları dəstəkləməsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

COP29 ərəfəsində keçirilən forumun məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsini aparmaq, effektiv həll yolları təklif etmək və bu sahədə alimlər, sənaye liderləri, tələbələr və ictimaiyyət arasında əməkdaşlığı gücləndirməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts