Adıyaman və Şanlıurfada daşqınlar nəticəsində 10 nəfər həlak olub

Tokio, 15 mart , /AJMEDIA/

Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində leysan yağışları güclü daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 10 nəfər həyatını itirib.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, Adıyaman vilayətinin Tut rayonunda bir nəfər ölüb, 3 nəfər itkin düşüb. Şanlıurfada isə 9 nəfərin həlak olduğu, iki nəfərin isə itkin düşdüyü bildirilir.
Həlak olanlardan beşi suriyalı qaçqınlardır. Onların cəsədləri yaşayış binalarından birinin su altında qalan zirzəmisində aşkarlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts