Tokio, 25 noyabr , /AJMEDIA/
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AJMEDIA xəbər verir ki, aksiya Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində keçən hissəsində reallaşıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, regional idarə və təşkilatları rəhbərləri, şəhid ailələri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Bir ay davam edən aksiya çərçivəsində 8 hektar ərazidə ölkəmizin iqlim şəraitinə uyğun 10 minə yaxın Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə xüsusi şəbəkə qurulub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində mövsüm zamanı ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.